EN

Türkiyəyə neft ixracı 5 dəfəyə yaxın artıb

Bu ilin yanvar ayında Azərbaycan Türkiyəyə 41 min 761,71 ton xam neft ixrac edib.

Bakıvaxtı.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 19 milyon 543,44 min ABŞ dolları təşkil edib.

İxrac olunmuş məhsulun miqdarı 2025-ci il ilin yanvar ayı ilə müqayisədə 4,8 dəfə, dəyəri isə 4,6 dəfə azdır.

Türkiyəyə ixrac edilən xam neftin Azərbaycanını ümumi neft ixracında payı 1,58 % olub.

Qeyd edək ki, bu ilin yanvar ayında gömrük bəyannamələrinə əsasən, Azərbaycan dəyəri 1 milyard 238 milyon 082,05 min ABŞ dolları olan 2 milyon 642 min 930,94 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.

Hesabat ayında Azərbaycan xarici ölkələrlə 3 milyard 538 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 2 milyard 236 milyon ABŞ dolları ixracın, 1 milyard 302 milyon ABŞ dolları isə idxalın payına düşüb.

Chosen
20
3
bakivaxti.az

10Sources