EN

Azərbaycan çempionatında mövsümün antirekordu qeydə alınıb

Misli Premyer Liqasının 20-ci turunda cəmi 8 qol vurulub.

İdman.Biz xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, baş tutan 6 oyunda orta məhsuldarlıq 1,33-ə bərabər olub.

Vurulan topların yarısı “Kəpəz” - “Neftçi” görüşündə (1:3) qeydə alınıb. “İmişli” - “Qarabağ” və “Qəbələ” - “Sabah” matçlarında qonaqlar, “Zirə” - “Karvan-Yevlax” və “Araz-Naxçıvan” - “Sumqayıt” qarşılaşmalarında meydan sahibləri bir qolla qələbə qazanıb. “Şamaxı” - “Turan Tovuz” oyunu isə 0:0 hesabı ilə başa çatıb.

Bu, mövsümün antirekordudur. Əvvəlki 19 turda ən az qol dördüncü turda vurulub - 9 top (orta məhsuldarlıq 1,50).

Qeyd edək ki, daha aşağı məhsuldarlığa sonuncu dəfə ötən mövsümün 29-cu turunda təsadüf olunub. Həmin vaxt 5 görüşdə 6 top vurulub və orta göstərici 1,20 olub.

İdman.Biz
Chosen
12
12
idman.biz

10Sources