EN

Banqladeşdə yeni seçilmiş deputatlar and içiblər

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 17 fevral, AZƏRTAC

Banqladeş Milli Partiyasının sədri və partiyanın deputatları fevralın 12-də keçirilmiş parlament seçkilərindən sonra and içiblər.

AZƏRTAC Çinin Sinxua agentliyinə istinadla xəbər verir ki, mərasim baş seçki komissarı Nasir Uddin tərəfindən keçirilib. Digər partiyalardan olan deputatlar da and içiblər.

Rəsmi məlumata görə, Banqladeş Milli Partiyası parlamentdə 297 yerdən 209-nu qazanıb və yeni hökuməti formalaşdıracaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
65
3
azertag.az

4Sources