Türkiyədə italiyalı pilot hərəkətdə olan qatarın üzərinə eniş edib.
İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
İtaliyalı pilot Dario Kosta Türkiyədə yük qatarının üzərinə dəqiq eniş etmək və oradan yenidən havaya qalxmaqla aviasiya tarixinə düşüb.
Bu manevr olduqca yüksək riskli hesab edilir və mütəxəssislərdən mükəmməl icra bacarığı tələb edir.
Dario Kosta bu mürəkkəb tapşırığı uğurla yerinə yetirərək qatarın hərəkət edən platformasını müvəqqəti uçuş zolağı kimi istifadə edib.
Bu uğur dünya aviasiya ictimaiyyəti tərəfindən böyük maraqla və heyrətlə qarşılanıb.
Xuraman Etibarlı
İnterpress.az