EN

“Alyansın hər hansı üzvünə qarşı mümkün təhdid cavabsız qalmayacaq”

NATO-nun baş katibi Mark Rutte Rusiyanın Suvalki dəhlizini blokadaya almaq cəhdinə qarşı “dağıdıcı reaksiya” veriləcəyi ilə bağlı xəbərdarlıq edib.

Redaktor.az bu haqda xarici mediaya istinadla məlumat verir.

Baş katib bildirib ki, alyansın hər hansı üzvünə qarşı mümkün təhdid cavabsız qalmayacaq və kollektiv müdafiə prinsipi qüvvədədir. Onun sözlərinə görə, regionda təhlükəsizlik məsələləri NATO-nun əsas prioritetlərindən biridir.

Hazırda Litva və Polşa sözügedən ərazidə hərbi infrastrukturu gücləndirir. Məlumata görə, tərəflər bölgədə hərbi poliqonun tikintisinə başlayıblar.

Aytəkin TOFİQQIZI

Chosen
59
1
redaktor.az

2Sources