EN

Rusiya, Çin və İran Hörmüz boğazında təlimlərə gəmi göndərib

ain.az, Reyting.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiya, Çin və İran yaxın vaxtlarda Hörmüz boğazında keçiriləcək birgə təlimlərə gəmi göndərib.

Reyting.az xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Nikolay Patruşev bildirib.

Qeyd edək ki, Rusiya, Çin və İran fevralın sonunda Hind okeanının şimalında “Təhlükəsizlik kəməri” adlı səkkizinci birgə hərbi dəniz təlimini keçirəcək.

Təlimdə İran Hərbi Dəniz Qüvvələrinin, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH), eləcə də Çin və Rusiya donanmasının gəmiləri iştirak edəcək.

İran Hərbi Dəniz Qüvvələrinin təşəbbüsü ilə “Təhlükəsizlik kəməri” hərbi dəniz təlimləri 2019-cu ildən keçirilir. Bu, qlobal dəniz ticarətinin təhlükəsizliyini gücləndirmək məqsədi daşıyır.

Üç ölkənin hərbi dəniz qüvvələrinin birgə fəaliyyətinə dəniz quldurluğu ilə mübarizə, dəniz terrorizminə qarşı mübarizə və xilasetmə əməliyyatlarının aparılması daxildir.

E. KAMAL

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
64
reyting.az

1Sources