EN

The Guardian : Britaniya bankları Visa və Mastercard a analoq yaratmağı sürətləndirmək istəyirlər

ain.az, Oxumeni.az portalına istinadən məlumatı açıqlayır.

The Guardian : Britaniya bankları Visa və Mastercard-a analoq yaratmağı sürətləndirmək istəyirlər

Britaniya banklarının rəhbərləri, ABŞ-ın Amerika ödəniş sistemlərini bağlaya biləcəyi ilə bağlı artan narahatlıq fonunda, Visa və Mastercard-a milli alternativ yaratmaq üçün ilk görüşlərini planlaşdırıblar. Oxuməni.az xəbər verir ki, bu barədə "The Guardian" yazır.

“Barclays UK”-nin baş icraçı direktoru Vim Maru-nun sədrliyi ilə keçiriləcək görüş fevralın 19-da baş tutacaq.

Londondakı maliyyə sektorundan olan bir qrup investor tərəfindən maliyyələşdirilən və hökumət tərəfindən dəstəklənən milli ödəniş sistemi yaratma təşəbbüsü illərdir müzakirə olunur. Lakin "The Guardian"ın yazdığına görə, Trampın Qrenlandiya ilə bağlı NATO müttəfiqlərinə qarşı son təhdidləri, Amerika şirkətlərinə həddindən artıq asılılığın Britaniyadakı ödənişləri və bütövlükdə iqtisadiyyatı təhlükəyə atabilecəyi ilə bağlı narahatlıqları gücləndirib.

"Əgər Mastercard və Visa bağlansa, bu bizi 1950-ci illərə qaytaracaq. Əlbəttə ki, bizə suveren bir ödəniş sistemi lazımdır," - deyə layihə ilə tanış olan rəhbərlərdən biri bildirib. "The Guardian" qeyd edir ki, Britaniya rəsmiləri ehtiyat sisteminin zəruriliyini vurğulasalar da, narahatlıqlarının mənbəyinin məhz ABŞ-dan gələn təhdidlər olduğunu birbaşa bəyan etməkdən çəkinirlər.

Yeni milli ödəniş sisteminin 2030-cu ilə qədər istifadəyə verilməsi nəzərdə tutulur.

Mastercard və Visa özləri də bu təşəbbüsdə iştirak edir və Santander UK, NatWest, Nationwide, Lloyds Banking Group kimi banklar, həmçinin bankomat şəbəkəsi operatoru Link və Coventry tikinti cəmiyyəti ilə birlikdə investor qrupuna daxildirlər. Amerika ödəniş sistemlərinin nümayəndələri Britaniya bazarına sadiqliklərini bildirib və rəqabətin yaranmasını alqışlayıblar.

Almaz Həsənli

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
11
1
oxumeni.az

2Sources