ain.az bildirir, Oxu.az portalına istinadən.
ABŞ-də kanalizasiya sistemində baş verən ciddi qəza genişmiqyaslı ekoloji fəlakətə səbəb olub.
Oxu.Az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp sosial şəbəkə hesabında paylaşım edib.
Məlumata görə, Merilend ştatı ərazisində yerləşən borunun sıradan çıxması nəticəsində Potomak çayına təqribən 243 milyon qallon (1 qallon - təxminən 3.785 litr - red.) həcmində çirkab su axıdılıb.
Yerli hakimiyyət orqanları hesab edirlər ki, uzunluğu 87 km olan kanalizasiya xəttinin zədələnmiş hissəsinin bərpası təxminən 10 ay vaxt apara bilər.
ABŞ lideri baş vermiş hadisəyə görə məsuliyyəti ştat qubernatorunun üzərinə qoyub. Tramp bəyan edib ki, yerli rəhbərliyin səriştəsizliyi ucbatından Vaşinqtonun mərkəzindəki çayın fəlakət zonasına çevrilməsinə imkan verməyəcək.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.