EN

4 günə 200 kv.kilometr ərazi azad edilib Ukraynanın uğurunun səbəbi nədir?

Azpolitika.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

11-15 fevral tarixlərində Ukrayna ordusu 201 kvadrat kilometr ərazini işğaldan azad edib.

“AzPolitika” xəbər verir ki, bu barədə “France24” məlumat yayıb.

Məlumatda deyilir ki, Ukrayna tərəfinin bu uğurunun əsas səbəbi Rusiya qoşunlarındakı “Starlink” terminallarının bağlanmasıdır. Qeyd olunur ki, azad olunan bu ərazi rusların bütün dekabr ayında ələ keçirdiyi ərazi qədərdir. Üstəlik, bu, Ukrayna Silahlı Qüvvələrinin 2023-cü il əks-hücumundan bəri azad edə bildiyi ən böyük ərazidir.

"Ukrayna ehtimal ki, Rusiya qoşunlarının “Starlink”-ə girişinin son zamanlar bağlanmasından istifadə edir. Bu, Rusiya hərbi bloqçularının dediyi kimi, döyüş meydanında rabitə, komandanlıq və nəzarətdə problemlər yaradır", - deyə ABŞ Müharibə Tədqiqatları İnstitutu (ISW) cəbhədə baş verənləri şərh edib.

“France24”-ün məlumatına görə, Ukrayna Silahlı Qüvvələri Zaporojyedən 80 kilometr şərqdəki ərazini geri alıb. Söhbət Qulyaypole ərazisindən gedir. Ruslar ötən yaydan başlayaraq bu istiqamətdə əhəmiyyətli irəliləyişlər əldə etmişdilər. İndi isə onların bu üstünlüyü əllərindən çıxır.

Xatırladaq ki, 4 fevralda cəbhədəki rus qoşunlarına məxsus bütün “Starlink” terminalları bağlanıb, bundan sonra Rusiya komandanlığı problemlərlə üzləşib və hətta ruslar bəzi istiqamətlərdə hücum əməliyyatlarını müvəqqəti olaraq dayandırıblar.

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
70
azpolitika.info

1Sources