EN

“Starlink”in bloklanması Rusiyaya baha başa gəlir İtkilərin miqyası artıb

Azpolitika.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

"New York Post" nəşri yazır ki, icazəsiz "Starlink" terminallarının bloklanmasından sonra Rusiyanın canlı qüvvə itkiləri tammiqyaslı müharibənin başlanğıcından bəri ən yüksək həddə çatıb. 

Məlumat ABŞ və Ukrayna kəşfiyyat mənbələrinə istinadla təqdim olunub.

Bildirilir ki, fevralın 1-də "SpaceX" şirkəti Rusiya tərəfindən istifadə olunduğu aşkarlanan icazəsiz "Starlink" terminallarını bloklayıb. Bu terminalların bəzi pilotsuz uçuş aparatlarında istifadə edildiyi qeyd olunur. Məhdudiyyətlərdən sonra Rusiya ordusunun hücum əməliyyatlarının intensivliyinin azaldığı bildirilir.

Ukrayna Silahlı Qüvvələrinin xüsusi kəşfiyyat bölməsinin komandiri, leytenant Denis Yaroslavskinin sözlərinə görə, bloklamadan sonrakı üç-dörd gün ərzində Rusiya tərəfi hücum əməliyyatlarını xeyli azaldıb. 

Nəşr qeyd edir ki, analitiklərin fikrincə, Rusiyanın döyüş imkanlarının hər hansı zəifləməsi cəbhədə balansı Ukraynanın xeyrinə dəyişə bilər. "Starlink"-in deaktiv edilməsi Rusiya ordusunun rabitə sistemlərinə və əməliyyat taktikasına da təsir göstərib.

Məqalədə həmçinin Rusiya ordusunun pilotsuz uçuş aparatları bölməsi olan “Rubikon”un fəaliyyətinin də məhdudiyyətlərdən sonra kəskin azaldığı vurğulanır. Bildirilir ki, bu bölmə zərbə dronlarının məsafəsini artırmaq və hücumları koordinasiya etmək üçün "Starlink"-dən istifadə edirdi.

"AzPolitika.info"

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
79
azpolitika.info

1Sources