EN

QMİ Ramazan ayının başlaması münasibətilə fətva verib

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurası Ramazan ayının başlaması münasibətilə fətva verib.

Fətvada deyilir ki, Qafqaz Müsəlmanları İdarəsinin müvafiq sorğusuna əsasən Elm və Təhsil Nazirliyi Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının 32/16 saylı və 30.01.2026-ci il tarixli cavab məktubuna əsasən, bu il Ramazan ayının 1-i miladi təqvimlə fevral ayının 19-na təsadüf edəcək.

Fətvada tövsiyə edilib ki, “duaların qəbul olunduğu bu mübarək günlərdə torpaqlarımız, Vətənimiz uğrunda canlarını fəda edən qəhrəman şəhidlərimizin xatirəsi yad edilsin, ruhlarına dualar oxunsun, şəhid və qazi ailələrinə qayğı və diqqət göstərilsin”:

“Həmçinin, bir daha din xadimlərimizə xatırlatmaq istərdik ki, iftardan öncə məclislərdə ehsan verilməsi qəti qadağandır, çünki Allahın hökmü, Peyğəmbərin (s) əmri ilə ehsan adı ilə iftardan əvvəl süfrə açılması şəri baxımdan haram əməldir. Din xadimləri bu qaydalara riayət olunmasına görə məsuliyyət daşıyırlar və şəri baxımdan buna cavabdehdirlər”.

Chosen
31
1
azpost.info

3Sources