EN

Tarqovı dakı binada yanğın hələ söndürülməyib

ain.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Paytaxtın Yasamal rayonu, Lev Tolstoy küçəsində yerləşən yaşayış binasında baş verən yanğınla bağlı ərazidə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin fəaliyyəti davam edir.

Bu barədə  Modern.az-a FHN-dən məlumat verilib.

"Binanın taxta araskəsmələrdən ibarət olması yanğının söndürülməsi işlərini çətinləşdirsə də yanğından mühafizə bölmələri tərəfindən görülmüş operativ tədbirlərlə yanğın nəzarət altına alınıb

Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinlərinin təxliyəsi həyata keçirilib. Hazırda yanğınla mübarizə əməliyyatı davam edir.

Əlavə məlumat veriləcək", - məlumatda deyilir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
44
11
modern.az

10Sources