Bizimyol portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Yetişkinlər uşaqlaşır, uşaqlar isə zorla yetkinlərin dünyasına daxil edilir. Moda sənayesi bizə illərdir pedofilik təsvirləri təlqin edə bilərmi?
Bir çox mağazalardakı qız uşaqları üçün satılan geyimlərə baxın. Dar formalar - cins, mini ətək və gödək koftalar, leopar dizaynlı paltarlar, parıltılı və tüllü, həddindən artıq bəzəkli donlar... Maraqlıdır həmin firmalar digər ölkələrdə bu cür geyimləri satırmı?
Hansı uşaq bu geyimlərlə oyun oynaya bilər? Hansı uşaq bu geyimlərlə azad hərəkət edərək uşaq kimi hiss edə bilər? Bəs bu geyimləri geyməyə məcbur edilən uşağın məhrəmiyyəti yoxdurmu?
Və həmçinin uşaqları miniatür qadınlar kimi geyindirən moda sənayesinin, nədənsə, qadınları da bəzən uşaq kimi geyindirməyə çalışması məsələsi də var.
"E-girl" (elektronik qız), "anime" (animasiya), "soft girl" (Zərif qız, yumşaq qız ) kimi populyar trendlər, uşaqlara xas toplanmış saçlar, çəhrayı geyimlər, yumşaq ayı oyuncaqları, 8 yaşlı bir qız uşağının vurğu və tonlaması ilə danışan qadınlar. Yetişkinlər uşaqlaşır, uşaqlar isə zorla yetkinlərin dünyasına daxil edilir. Televiziya, reklam, moda, kosmetika, kino və musiqi sənayesi son 10 ildə “uşaq kimi qadınlar” və “qadın kimi uşaqlar” aləmini qurur. Bu da elitanın azğın zövqlərinin təzahürü olan pedofiliya son dərəcə belə “cazibədar” maskalar vasitəsilə bizim tərəfimizdən normallaşdırılıb qəbul edilir.
Günel Həsənova, Bizimyol.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.