EN

Rauf Həbibov lüks sauna tikdirib fəhlələrin pulunu vermir? - FOTOLAR

Rauf Həbibov lüks sauna tikdirib fəhlələrin pulunu vermir? - FOTOLAR

Quba rayonunun keçmiş icra başçısı Rauf Həbibov Mərdəkan qəsəbəsində həyat yoldaşı üçün 2023-cü ildə inşa etdirdiyi lüks saunaya görə usta və fəhlələrin 53 min manatını ödəməkdən boyun qaçırıb.

AFN.az xəbər verir ki, bu iddia ilə Manşet.az-a bir qrup usta və fəhlə müraciət edib. Şikayətçilər eks-icra başçısının müxtəlif əmlakları və bahalı avtomobillərinin olmasına baxmayaraq, kiçik bir işçi qrupunun əməyinə hörmət etmədiyini bildiriblər.

“Bütün işlər tamamlanıb, amma o bizim haqqımızı verməkdən boyun qaçırır”, - deyə orada çalışan fəhlə və qrup rəhbəri Ruslan Quliyev söyləyib. Həbibovun mənzilləri və villaları ilə tanınan biri olduğunu vurğulayan fəhlələr, buna baxmayaraq, zəhmətləri qarşılığında heç bir haqq almadıqlarını qeyd ediblər: “Bizim haqqımızı vermədiyi halda, heç bir çətinlik yaşamadan öz lüks həyatını davam etdirir”.

Rauf Həbibov sayta açıqlamasında belə bir problemin olduğunu etiraf edib: “Hazırda sistem altındayam. Mən bununla bağlı sizinlə əlaqə saxlayacağam”.

Qeyd edək ki, Rauf Həbibov 2012-ci ildə Qubada baş vermiş kütləvi etiraz aksiyası və qarşıdurmadan sonra vəzifəsindən azad edilib. Həmin vaxt qubalıları təhqir etməsi ilə bağlı yayılan video çarx kütləvi narazılığa səbəb olmuş, nəticədə aksiya iştirakçıları onun şəxsi mülkünü yandırmışdılar.

Chosen
37
25
afn.az

10Sources