Olke.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Rusiya yenidən silahlanır, Avropa müharibə qorxsu işində
Almaniya və Böyük Britaniya Rusiyanın yenidən sürətlə silahlanmasından təşvişə düşərək Avropada yeni müharibə ehtimalını artırdığını bəyan ediblər.
Ölkə.az xəbər verir ki, bununla əlaqədar olaraq Almaniya Baş Qərargah rəisi Karsten Breuer və Britaniya Baş Qərargah rəisi Riçard Nayton birgə məktub yazaraq, "Guardian" və "Die Welt" qəzetlərində dərc ediblər.
Komandanların fikrincə, Rusiya Silahlı Qüvvələri Ukraynadakı müharibə təcrübəsinə əsaslanaraq yenidən təşkil olunur və bu proses NATO ölkələri ilə potensial münaqişə riskini artırır. Məktubda deyilir: "Rusiya Silahlı Qüvvələri Ukraynadakı müharibədən dərs çıxararaq yenidən qurulur və NATO ölkələri ilə münaqişə riskini artıra bilər. Moskvanın hərbi güclənməsi, Ukraynada ağrılı şəkildə müşahidə olunduğu kimi, qitəmizdə müharibənin başlama riski ilə birlikdə ehtiyatlılıq tələb edən artan bir risk yaradır".
Buna görə də komandanlar Avropanın müdafiə və təhlükəsizlik siyasətində təcili dəyişikliklərin zəruri olduğunu vurğulayıblar. Onların sözlərinə görə, NATO daxilində müdafiə xərcləri artırılmalı, Avropada güclü müdafiə sənayesi formalaşdırılmalıdır. Məktubda silahlanmanın "müharibəyə təhrik" deyil, xalqı və sülhü qorumaq üçün məsuliyyətli bir hərəkət olduğu bildirilir və "Güc təcavüzün qarşısını alır, zəiflik isə onu təşviq edir" kimi qiymətləndirmə əlavə olunur .
Komandanlar hərbi hazırlıq üçün güclü Avropa müdafiə sənayesinə ehtiyac olduğunu vurğulayıblar.
Mürtəza
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.