EN

"Tarqovu"dakı güclü yanğın məhdudlaşdırıldı - YENİLƏNİB - VİDEO

Yasamal rayonunda yaşayış binasında baş verən yanğın məhdudlaşdırılıb.

Xəbər yenilənəcək

7News.Az
_______________

Saat -14:02

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən paytaxtın Yasamal rayonu, Lev Tolstoy küçəsində baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.

7News.Az xəbər verir ki, bu barədə FHN Mətbuat xidməti məlumat yayıb.

Hazırda binanın taxta arakəsmələrinin sökülməsi və bəzi tüstülənmə ocaqlarının söndürülməsi istiamətində işlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

7News.Az
_________________

Saat - 13:08

Paytaxtın Səbail rayonu ərazisində yerləşən ikimərtəbəli yaşayış binasında baş verən yanğın qonşu mənzilə də keçib.

7News.Az xəbər verir ki, Lev Tolstot küçəsində yerləşən binanın birinci mənzilində alovun qarşısı alınsa da, yanğın sonradan bitişik ikinci mənzilə keçib. Hazırda alovun yenidən gücləndiyi bildirilir.

Yanğından 3 nəfər də əcnəbi xilas edilib./Trend.Az



________________

Saat - 11:50

Bakının mərkəzində mənzildə yanğın başlayıb.

7News.Az oxu.az-a istinadən xəbər verir ki, İslam Səfərli küçəsində yerləşən ikimərtəbəli binanın ikinci mərtəbəsində mənzil yanır.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunublar.

 

Chosen
20
8
7news.az

10Sources