EN

Vəfa Şərifova: “Analar oğullarını düzgün tərbiyə etmirlər”

Adelet.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

İllərdir birgə yaşadığı iş adamından ayrılan Vəfa Şərifova  maraqlı açıqlaması ilə diqqət çəkib.

Adalet.az xəbər verir ki, o, ailələrin dağılmasında birbaşa oğul analarını qınayıb:

“Ölkəmizdə boşanmaların sayı bir çox ölkələrdən çoxdur. Əlbəttə, bu çox pisdir.  Bizim analarımız- nənələrimiz mental dəyərlər adı altında oğullarını böyütmələri digər qadınların bədbəxtliyinə yol açır.  Həmin analar- nənələr o “mərhələ”ni keçirlər. Bu mühitdə böyüyən oğul da görür ki, anası, nənəsi dözür. O da düşünür ki, anam- nənəm dözübsə, yoldaşım da dözməlidir. 

Əgər bir ana rahatlıqla “kişi gəzər, qadın ona dözər” deyirsə, həmin qadının tərbiyə etdiyi oğul da  ailəsini o “qanun”la idarə edəcək. Ancaq həmin adam anlamır ki, evləndiyi qadını başqa qadın doğub, həmin adam başqa xislətdə dünyaya gəlib. Kimsə özünə hörmət edib xəyanəti bağışlamayanda həmin qadın olur pis qadın. Çünki bizim cəmiyyət kişini xəyanətinə “olar” deyir. Qadını isə bu cəmiyyət xəyanətinə görə güllələməyə hazırdır”.

Əntiqə

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
23
1
adalet.az

2Sources