EN

Rusiyada azərbaycanlıların məhkəməsi: prokuror sərt cəza istəyir

AzVision.az xəbər verir ki, ölkənin güc strukturlarındakı mənbəyə istinad edən Rusiya mətbuatının yaydığı məlumata görə, cinayət işi yekunlaşmaq üzrədir - Sverdlovsk Vilayət Məhkəməsində yekun müzakirələr gedir.

Uraldakı Azərbaycan diasporunun keçmiş rəhbəri Şahin Şıxlinski andlılar məhkəməsi tərəfindən iş adamlarını qətlə yetirməkdə və öldürməyə cəhddə təqsirli bilinib.

Rusiyada Şıxlinskini və Səfərovları mühakimə edirlər | VİDEO
Dövlət ittihamçısı əvvəlki hökmü nəzərə alaraq digər təqsirləndirilən şəxslərin də - Akif Səfərov - 23 il, Ayaz Səfərov - 22 il, Kamal Səfərov - 18 il, Məzahir Səfərov - 13 il, Bəkir Səfərov - 13 il, Şücayəddin Rəcəbov - 15 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Andlılar məhləməsi bundan əvvəl Şıxlinski və Səfərov qardaşlarını sifarişli qətllərdə təqsirli bilib.

Xatırladaq ki, hazırda yeddi azərbaycanlınınməhkəməsi gedir: Şucayəddin Rəcəbov, Şahin Şıxlinski və Səfərov qardaşları (Akif, Ayaz, Bəkir, Kamal və Məzahir).

Təqsirləndirilən şəxslərin tələbi ilə seçilmiş altı andlıdan ibarət kollegiya onların təqsirini sübuta yetirib. Münsiflər heyətinin fikrincə, yalnız Bəkir Səfərov daha yumşaq hökmə layiqdir.Məhkəmə prosesi hələ bitməyib.

Sahil İsgəndərov
AzVision.az
Chosen
107
1
azvision.az

2Sources