EN

Yasamalda baş verən yanğın söndürüldü - FOTO - VİDEO - YENİLƏNİB

Yasamalda
Bakı şəhəri, Yasamal rayonu, Lev Tolstoy küçəsində yaşayış binasında baş vermiş yanğın tam söndürülüb. Bu barədə 1news.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
*** 14:08 Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən paytaxtın Yasamal rayonu, Lev Tolstoy küçəsində baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir. 1news.az xəbər verir ki, hazırda binanın taxta arakəsmələrinin sökülməsi və bəzi tüstülənmə ocaqlarının söndürülməsi istiamətində işlər davam etdirilir. Əlavə məlumat veriləcək. *** 11:51 Bakının Səbail rayonunun Lev Tolstoy küçəsində "Tarqovı" ərazisində binada yanğın başlayıb. Bu barədə 1news.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi cəlb edilib. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Chosen
20
8
1news.az

10Sources