EN

Böyük Britaniyada işsizlik səviyyəsi son on ilin ən yüksək həddinə çatıb  

Böyük Britaniyada işsizlik səviyyəsi pandemiya dövrü istisna olmaqla son on ilin ən yüksək həddinə çatıb.

AZƏRTAC “Reuters”ə istinadla xəbər verir ki, Milli Statistika İdarəsi 2025-ci ilin dördüncü rübündə işsizlik səviyyəsinin 5,2 faizə yüksəldiyini bildirib.

Bu göstərici 2015-ci ilin oktyabr ayına qədər olan üç aylıq dövrdən bəri ən yüksək səviyyədir. Qeyd edək ki, pandemiya dövründə, 2020-ci ilin sonlarında işsizlik 5,3 faizə qədər artmışdı.

Ekspertlərin fikrincə, əmək bazarındakı zəifləmə və əməkhaqlarının artım tempinin yavaşlaması İngiltərə Bankının yaxın aylarda faiz dərəcələrini azaltması ehtimalını gücləndirir. Rəqəmlərin açıqlanmasından sonra funt sterlinq dollar qarşısında üçdə bir sentdən çox ucuzlaşıb.

Statistikaya əsasən, əməkhaqlarının artım tempi də zəifləyib. Bonuslar istisna olmaqla illik əməkhaqqı artımı 2025-ci ilin son üç ayında 4,2 faiz təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə daha aşağı göstəricidir.

Chosen
105
2
azerbaijan-news.az

3Sources