EN

“Arsenal” Niko ilə maraqlanır

ain.az bildirir, Unikal.az portalına istinadən.

İngiltərənin “Arsenal” klubu İspaniyanın “Atletik” komandasının futbolçusu Niko Uilyams ilə maraqlanır.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, 23 yaşlı hücumameyilli yarımmüdafiəçi hazırkı durumundan narazı olduğu üçün mövsümün sonunda komandasını dəyişmək istəyir.

London təmsilçisinin artıq oyunçunun nümayəndələri ilə əlaqə saxladığı və yay transfer pəncərəsi ərəfəsində rəsmi təklif göndərməyi planlaşdırdığı bildirilib.

La Liqa klubu vingerin keçidi üçün qarşı tərəfdən 100 milyon avro tələb edir.

Qeyd edək ki, Niko Uilyams bu mövsüm “Atletik”in heyətində 26 matçda 4 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Komanda hazırda İspaniya çempionatında 28 xalla 10-cu pillədə qərarlaşıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
79
4
unikal.az

5Sources