ABŞ-nin Ermənistandakı müvəqqəti işlər vəkili Devid Allen Ermənistanın müdafiə naziri Suren Papikyanla görüşüb.
"Yeni Sabah" armenpress-ə istinadla xəbər verir ki, görüşdə Ermənistan-Amerika hərbi əməkdaşlığının gücləndirilməsi sahələri müzakirə olunub.
Xatırladaq ki, ABŞ vitse-prezidenti Cey Di Vensin Ermənistana səfəri zamanı Ermənistan 11 milyon dollar dəyərində kəşfiyyat dronları aldığını elan edib.
Telegram kanalımız