ain.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.
"Hazırda yanğının başvermə səbəbləri araşdırılır".
Oxu.Az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar Nazirliyi yanında Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini, polkovnik Taleh Babayev deyib.
Onun sözlərinə görə, nazirliyin "112" qaynar xəttinə saat 11:27-də Yasamal rayonu, Lev Tolstoy küçəsi, 2-də yerləşən ikimərtəbəli yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub. Dərhal hadisə yerinə nazirliyin qüvvələri, o cümlədən Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb ediliblər.
İlkin məlumata əsasən, mənzil sahiblərindən biri xəsarət alıb. Bundan başqa, altı nəfər bina sakini təhlükəsizlik məqsədilə sökülmə zonası və yaxın ərazilərdən təxliyə olunub:
"Yanğının söndürülməsi zamanı müəyyən çətinliklər yaranıb. Belə ki, bina və dam örtüyü, əsasən, taxta konstruksiyalardan, həmçinin qır, daş yunu və çardaq hissəsindən ibarət olduğuna görə alovun yayılması sürətlənib və söndürülmə işləri mürəkkəbləşib. Hazırda yanğın məhdudlaşdırılıb, alovun tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir".
Samir Əli
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.