EN

Cenevrə danışıqları və neft təchizatı: Bu gün xəbər gələcək?

Ukraynadakı vəziyyətin həlli ilə bağlı danışıqlar 17-18 fevral tarixlərində Cenevrədə qapalı qapılar arxasında keçiriləcək.

Publika.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Onun sözlərinə görə, görüşün dəqiq başlama vaxtı birbaşa yerində razılaşdırılır.

O, danışıqların media nümayəndələrinin iştirakı olmadan baş tutacağını vurğulayıb. Daha əvvəl xəbər verildiyi kimi, Rusiya nümayəndə heyətinə Rusiya Federasiyası Prezidentinin köməkçisi Vladimir Medinski rəhbərlik edir. Onun tərkibinə xarici işlər nazirinin müavini Mixail Qaluzin, Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş İdarəsinin rəisi İqor Kostyukov və digər rəsmi şəxslər də daxildir.

Eyni zamanda, Peskov ilk gündən sonra hər hansı bir açıqlama gözləməməyi də bildirib.

Chosen
37
24
publika.az

10Sources