EN

Xızıda avtomobil 63 yaşlı kişinin üzərinə DÜŞDÜ

Xızıda avtomobil ustası faciəli şəkildə ölüb.

Bizim.Media xəbər verir ki, hadisə rayonun Sitalçay kəndinin ərazisində qeydə alınıb.

Ucar rayon sakini 63 yaşlı Abuzər Durasan oğlu Həsənov "Hovo" markalı avtomobildə təmir işləri apararkən avtomobil onun üzərinə düşüb.

O, aldığı xəsarətlərdən hadisə yerində ölüb. (Lent.az)

Bizim.Media

Chosen
40
9
bizim.media

10Sources