ain.az bildirir, Fanat portalına istinadən.
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində bu gün "Qalatasaray"ın qonağı olacaq "Yuventus"un baş məşqçisi Luçano Spalletti matç ərəfəsində fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, onun sözlərini UEFA-nın rəsmi saytı belə çatdırıb:
"Bu oyunla bağlı qürurverici gözləntilərim var. Meydana baxarkən özünü projektorların yox, günəşin şəfəqləri altında olduğunu düşünürsən. İşıq o qədər parlaqdır ki, kölgəyə yer qalmır. Yəni gizlənə bilmirsən. Bu üzdən bütün məsuliyyəti öz üzərinə götürməlisən. İstənilən şübhəni, istənilən inamsızlığı rəqiblər sənin əleyhinə istifadə edirlər".
Qeyd edək ki, "Qalatasaray" - "Yuventus" qarşılaşmasının start fiti Bakı vaxtı ilə 20:45-də səsləndiriləcək.
Nihat
Abunə Ol
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.