EN

İcra başçısı Ali məhkəmənin qərarını saymadı: Vətəndaşın kupçal ı evini başına uçurdu VİDEO

Sitat.info saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Asif Əsədov küçəsi 27 ünvanında yaşayan Orucova Siala Veyis qızına məxsus mənzil söküntü zamanı qəzalı duruma düşüb.

Vətəndaş bu barədə "Sitat.info"nun redaksiyasına şikayətlənib.

Zərərçəkənin oğlu Rasim Orucov bildirib ki, Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevin tapşırığı ilə söküntü aparılan zaman mənzili yaşanmaz hala gəlib: "Bakı şəhəri və Sabunçu Rayonu İcra Hakimiyyətinin müvafiq sərəncamına görə, bu binanın sökülməsi və yerində yeni binanın tikilməsi planlaşdırılıb.

Buna baxmayaraq, hər iki icra hakimiyyəti bizə qarşı çox qərəzli mövqe tutublar. 6-7 ildir ki, öz sərəncamlarından irəli gələn məsələləri yerinə yetirmək əvəzinə, bizi mənzillə təmin etmək əvəzinə bizi məhkəmələrdə süründürüblər və və heç bir nəticə əldə olunmayıb.

Əksinə, bunların iddiaları dəfələrlə rədd olunub". 

Zərərçəkən bildirib ki, məhkəmə qərarına baxmayaraq, qanunsuz söküntü aparılıb: "İcra başçısı Adil Vəliyev də söküntü işlərini qeyri-qanuni aparıb. Məhkəmənin qərarı ilə bu məsələ öz əksini tapıb. Qərarda qeyd olunur ki, heç bir MTK, heç bir tikinti şirkəti bu məsələyə cəlb olunmayıb, buna baxmayaraq icra başısı qanunsuz söküntü aparıb.

Biz burada yaşamağa davam edirik, icra başçısının dağıtdığı bu binada, yağış sularının altında, narkomanların məskən saldığı bu biunada yaşayırıq. Söküntü zamanı mənzilimizə vurulan ziyanla bağlı məlumat versək də, heç bir təmir işləri aparılmayıb".

Sitat.info həmin videomaterialı təqdim edir:

Məsələ ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyətinin mövqeyini dərc etməyə hazırıq.

Tehran,

Sitat.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
34
5
sitat.info

6Sources