Audiovizual Şuranın Kommunikasiya sektorunun müdiri - qurumun mətbuat katibi Taleh Quliyev tutduğu vəzifəsindən ayrılıb.
"Yeni Sabah" modern.az-a istinadla xəbər verir ki, o, məlumatı təsdiqləyib.
Taleh Quliyevin yaxın günlərdə dövlət qurumlarından birində yeni vəzifədə fəaliyyətə başlayacağı gözlənilir.
Xatırladaq ki, Taleh Quliyev 2024-cü il iyun ayında şuranın kommunikasiya sektorunun müdiri təyin edilmişdi.
O daha əvvəl Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində də çalışıb.
Telegram kanalımız