“Qarabağ”ın zədəli futbolçusu Mateuş Koxalskinin durumu müəyyənləşib.
Publika.az xəbər verir ki, bu barədə Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov məlumat verib.
O, UEFA Çempionlar Liqasının pley-off mərhələsinin “Nyukasl”la ilk oyununda iştirakı sual altında olan polşalı qapıçının səhhətində problem olmadığını və sabahkı görüşdə iştirak edəcəyini bildirib.
Qeyd edək ki, görüş fevralın 18-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.