Ağcabədidə 16 yaşlı bacısı Fidan Mamedovanı öldürən 2007-ci il təvəllüdlü Tahir Mamedovun məhkəmə prosesi başa çatıb.
BAKU.WS Teleqraf.az-a istinadla xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə 19 yaşlı təqsirləndirilən şəxs 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Tahir Mamedov məhkəmədə ifadə verməkdən imtina edib. O, ibtidai istintaqa verdiyi ifadəsində bacısını "Instagram" sosial şəbəkəsində başqa şəxslə yazışmasına, həmin adama foto göndərməsinə görə öldürdüyünü bildirib.
Hadisə vaxtı bacısına bir bıçaq zərbəsi vuraraq onu həyatdan məhrum edən Tahir Mamedov törətdiyi əməldən peşman olduğunu bildirib.
Qeyd edək ki, hadisə ötən il sentyabrın 5-də Ağcabədi rayonunun Pərioğullar kəndində baş verib. Tahir Mamedov bir ay sonra hərbi xidmətə yollanmalı imiş.