Milli.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Audivizual Şuranın Kommunikasiya sektorunun müdiri - qurumun mətbuat katibi Taleh Quliyev tutduğu vəzifəsindən ayrılıb.
Milli.Az bildirir ki, o, bu məlumatı Modern.az-a açıqlamasında təsdiqləyib.
Qeyd edək ki, Taleh Quliyevin yaxın günlərdə dövlət qurumlarından birində yeni vəzifədə fəaliyyətə başlayacağı gözlənilir.
Xatırladaq ki, Taleh Quliyev 2024-cü il iyun ayında Şuranın Kommunikasiya sektorunun müdiri təyin edilib.
O, daha əvvəl Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində və AZƏRTAC-da çalışıb.Milli.Az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.