EN

Hatayda ailədən 1,2 milyonluq oğurluq

ain.az, Modern.az portalına istinadən məlumat verir.

Türkiyənin Hatay şəhərində ailə 1,2 milyonluq oğurluq edib.

Modern.az xəbər verir ki, Hatayda ana, ata və qızları 3 ay ərzində eyni markaya məxsus 3 fərqli kosmetika mağazasından ümumilikdə 1 milyon 200 min TL (46.650 manat) dəyərində makiyaj vasitələri və müxtəlif məhsullar oğurlayıb.

Şübhəlilərin oğurluq anları təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.

Məhkəməyə çıxarılan ana və ata barəsində həbs qətimkan tədbiri seçilib, qızları isə sərbəst buraxılıb. (Haber Türk)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
69
modern.az

1Sources