EN

İran və ABŞ razılaşdı, qızılın qiyməti kəskin düşdü

Demokrat.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

ABŞ və İranın nüvə danışıqlarında razılığa gəlməsi qızıl bazarında kəskin ucuzlaşmaya səbəb olub. Cenevrədə keçirilən görüşdən sonra tərəflərin əsas prinsiplər üzrə anlaşması qiymətli metalların qiymətini aşağı salıb.Demokrat.az xəbər verir ki, İran Xarici İşlər naziri Abbas Araqçi tərəflərin ortaq məxrəcə gəldiyini və sənədlər üzərində işləyəcəklərini bildirib. Bu açıqlama dünya birjasında qızılın bir unsiyasının 4 min 880 dollara (8 min 296 manat) düşməsi ilə nəticələnib.Qızıl ilə bərabər gümüş də kəskin dəyər itirib. Gümüşün unsiyası 74.17 dollara (126 manat) qədər geriləyib. Hazırda bazarlarda tənzimlənmə prosesi davam edir və investorlar razılaşmanın növbəti detallarını gözləyirlər.İsmayıl

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
68
demokrat.az

1Sources