EN

Svetoforlarda 100 illik sistem dəyişir Dördüncü rəng gəlir

Demokrat.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Dünyada 100 ildir istifadə edilən qırmızı, sarı və yaşıl svetofor sistemi köklü şəkildə dəyişir. ABŞ-də sınaqdan keçirilən yeni layihəyə əsasən, bu rənglərin yanına dördüncü olaraq ağ işıq gəlir. Bu yenilik yollarda tıxacları azaltmaq və sürücüsüz avtomobillərin hərəkətini asanlaşdırmaq üçün düşünülüb.Demokrat.az xəbər verir ki, ağ işığın mənası sürücülər üçün çox sadədir: "Öndəki avtomobili izlə". Sistem belə işləyir: əgər kəsişmədə sürücüsüz (avtonom) avtomobillərin sayı çoxdursa, svetoforda ağ işıq yanır. Bu o deməkdir ki, hərəkəti artıq həmin ağıllı maşınlar öz aralarında razılaşaraq idarə edir. Arxa tərəfdə olan sürücülər isə heç nə düşünmədən sadəcə öndəki maşın nə edirsə, onu təkrarlayırlar. Öndəki maşın hərəkət edirsə gedir, dayanırsa dayanırlar.Tədqiqatçıların fikrincə, ağ işıq sistemi tətbiq olunarsa, yollarda hərəkət 10 faiz sürətlənəcək. Bu da həm vaxt itkisinin qarşısını alacaq, həm də yanacaq sərfiyyatını azaldacaq. Əgər yolda sürücüsüz avtomobillərin sayı az olarsa, svetofor avtomatik olaraq yenidən bizim öyrəşdiyimiz üç rəngli (qırmızı, sarı, yaşıl) rejimə qayıdacaq.İslam

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
157
4
demokrat.az

4Sources