EN

II Qareginin qohumları ev həbsinə buraxıldı

Ermənistanda bütün ermənilərin Katolikosu II Qareginin yaxın qohumları barəsində seçki prosesinə maneçilik törətmə ittihamı ilə bağlı məhkəmə qərarı verilib.

ÖlkÉ™.az xÉ™bÉ™r verir ki, Katolikosun qardaşı Gevorq Nersisyan vÉ™ qardaşı oÄŸlu Ambartsum Nersisyan barÉ™sindÉ™ seçilmiÅŸ hÉ™bs-qÉ™timkan tÉ™dbiri dÉ™yiÅŸdirilib.

Məhkəmənin qərarı ilə onlar hər biri üçün bir milyon dram məbləğində girov müqabilində 3 aylıq ev dustaqlığına buraxılıblar.

Qeyd edək ki, fevralın əvvəlində Ermənistan Baş Prokurorluğu II Qareginin özünə qarşı da məhkəmə qərarının icrasına mane olma ittihamı ilə cinayət işi başladaraq, onun ölkədən çıxışına qadağa qoyub.

Xatırladaq ki, ata və oğul ötən ilin noyabrın 3-də Vaqarşapatdakı yerli seçkilər zamanı saxlanılmışdılar.(qafqazinfo)

Chosen
33
4
olke.az

5Sources