EN

Bakı Dakarla əlaqələri aktivləşdirir

Azərbaycanın Mərakeş Krallığında fövqəladə və səlahiyyətli səfiri Nazim Səmədov Seneqala səfəri çərçivəsində Dakar şəhərinin meri Abbas Fall ilə görüş keçirib.

Publika.az xəbər verir ki, görüş zamanı Bakı ilə Dakar şəhərləri arasında XX əsrin 60-cı illərində başlanmış əməkdaşlıq əlaqələrinin yenidən aktivləşdirilməsi, şəhər idarəçiliyi, infrastruktur, turizm və mədəniyyət sahələrində təcrübə mübadiləsinin genişləndirilməsi məsələləri müzakirə olunub.

Səfir N. Səmədov Azərbaycanın Afrika ölkələri ilə münasibətlərin inkişafına xüsusi önəm verdiyini bildirib və Seneqal ilə əməkdaşlığın genişləndirilməsinin qarşılıqlı maraqlara xidmət etdiyini qeyd edib.

Dakar meri isə öz növbəsində əlaqələrin dərinləşdirilməsinə və konkret layihələrin həyata keçirilməsinə hazır olduqlarını ifadə edib.

Chosen
34
1
publika.az

6Sources