EN

"Barselona"dan Belçikada transfer əməliyyatı: Yeni "Lamin Yamal" gəlir

"Barselona" rəhbərliyi gələcəyin ulduzlarını heyətinə qatmaq strategiyası çərçivəsində "Brügge"nin 18 yaşlı istedadı Yesse Bisivu üçün hərəkətə keçib.

Fanat.Az xəbər verir ki, gənc vingerin agenti Mobindi Marti kataloniyalıların bu marağını rəsmən təsdiqləyərək klubun oyunçunu yaxından izlədiyini bildirib.

İdman direktoru Dekonun bu transferi bitirmək üçün artıq bir neçə dəfə Belçikaya səfər etdiyi və tərəflərin 2026-cı ilin yayında keçid üçün ilkin razılığa yaxın olduğu iddia edilir. Hazırda Belçika klubunun ikinci komandasında çıxış edən Bisiwu sürəti və texnikası ilə mütəxəssislər tərəfindən gənc Lamin Yamal ilə müqayisə olunur.

"Brügge" gənc ulduzun 2027-ci ilə qədər olan müqaviləsini yeniləmək istəsə də, "Barsa"nın cəlbedici layihəsi bu keçidi reallaşdırmağa çox yaxındır.

Kamil Xudiyev

Chosen
55
1
fanat.az

2Sources