BAKI, 17 fevral. TELEQRAF
ABŞ öz ərazisində uranın zənginləşdirilməsini bərpa edəcək.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin energetika naziri Kris Rayt bildirib .
Məlumata görə, Fransanın Orano şirkəti Tennessi ştatında uran zənginləşdirmə zavodunun tikintisi üçün ABŞ Energetika Nazirliyindən 900 milyon dollar alıb.
Rayt bildirib ki, bəzi silah laboratoriyaları istisna olmaqla, ABŞ-də uranı zənginləşdirən şirkətlər, demək olar ki, yoxdur.
Onun sözlərinə görə, ölkənin milli təhlükəsizliyi üçün müvafiq müəssisələrin yeni nəsil reaktorlar üçün təchizatı təmin etməsi zəruridir.