EN

Medal şansını itirən idmançı yarış avadanlıqlarını atıb meşəyə qaçdı

Norveçli idmançı Atle Li Makqrat “Olimpiya alp slalom” yarışlarında medal qazanmaq fürsətini əldən verməsinə emosional reaksiya verib.

Editor.az xəbər verir ki, “The Guardian” qəzetinin məlumatına görə,
Turnirin böyük favoriti və 2025/2026-cı illər Dünya Kubokunun ümumi sıralamasında liderlərdən biri olan Atle Li Makqrat, bir çox rəqibinin finişə çatmasına mane olan güclü qar yağmasına baxmayaraq, ilk qaçışdan sonra liderlik edib. Lakin, ikinci qaçışında norveçli qapını qaçırıb. Qızıl qazanmaq üçün fürsəti əldən verdiyini anlayaraq, avadanlıqlarını çıxarıb hasarın arxasına, meşəyə girib. Jurnalistlərə verdiyi müsahibədə o, qələbəni mərhum babasına həsr etmək istədiyini, lakin səhv etdiyini bildirib.

O, bunu karyerasının “ən pis anı” adlandırıb.
Nəticədə, İsveçrəli idmançı Loik Meillard kişilər arasında Olimpiya Oyunlarında slalom yarışında qalib gəlib. Avstriyalı Fabio Qstrayn gümüş, norveçli Henrik Kristoffersen isə bürünc medal qazanıb.

//Samir Qurbanov, Editor.az

Chosen
90
33
editor.az

10Sources