EN

Onların fitrə verməsi vacib deyil

ain.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Ramazan ayında fitrə verməyin orucun qəbul olunması ilə bağlı rolu müzakirələrə səbəb olub.İlahiyyatçı Tural İrfan Demokrat.az-a açıqlamasında bildirib ki, fitrə vermək imkanı olmayanların, yaxud fitrəni bilərəkdən tərk edənlərin orucunun qəbul olmaması ilə bağlı deyilənlər cəfəngiyyatdır və nə əqli, nə də nəqli əsası yoxdur:"İbadəti qəbul edən yalnız Allahdır. Kimin ibadətinin qəbul olduğunu, kimin ibadətinin qəbul olmadığını yalnız Allah bilir. Lakin imkanı olduğu halda fitrəni tərk edənlər günah qazanırlar, buna baxmayaraq, bu günah onların bir ay tutduqları orucu batil etmir. Cəmiyyətdə belə bir yanlış anlayışın geniş yayılmasını düşünmürəm, sadəcə bəzən din adı altında çıxış edənlər insanları yanıltmış olurlar".İlahiyyatçı bildirib ki, islam hüququ baxımından izah etmək lazımdır ki, müsəlman orucun və fitrənin Allah tərəfindən fərz qılındığına iman edərək Ramazanın sonunda sadəcə səhlənkarlıq və ya ciddi yanaşmamaq səbəbilə fitrə verməzsə, o yalnız günah qazanır, tövbə etsə, bağışlanar."Əgər oruc tutub sonda fitrənin vacib olmadığını düşünərsə və bu əməlini dində yerinə yetirmədiyini qəbul edərsə, imanına xələl gəlir, fasiq və sonra asi müsəlman hökmünə daxil olur və tutduğu oruc ziyana gedir. Çünki Allahın hökmünə qarşı çıxmış olur. Belə halda tövbə edib səhvini düzəltmək və orucunun qəzasını tutmaq vacibdir. Hazırda oruc tutan müsəlmanların böyük əksəriyyətinin fitrə zəkatı verməsi vacib deyil. Maddi imkanları məhdud olan ailələr üçün fitrə vermək vacib deyil, əksinə, imanlı və imkanlı müsəlmanlar bu cür ailələrə sədəqə və fitrə verməklə maddi yardım etməlidirlər" - o, bildirib. Qeyd edək ki, fitrə vermək orucun qəbulunun şərti deyil, lakin imkanlı müsəlmanlar üçün sosial məsuliyyət və xeyriyyə məqsədi daşıyır.Əfsanə Kamal

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
63
demokrat.az

1Sources