Xətai rayonu, Rəşid Bağırov küçəsi 36 ünvanında üzərində fərdi yaşayış evi inşa olunduğuna görə diametri 500 mm olan magistral su xəttində qəza baş verib.İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən Metbuat.az-a bildirilib ki, qəzanın qarşısını almaq və yeni xəttin çəkilməsini təmin etmək məqsədilə görülən işlər çərçivəsində 20 fevral tarixinədək UPD - NZS qəsəbəsinə suyun verilməsində fasilə yaranacaq. Qeyd olunub ki, bu müddət ərzində sakinlərə su maşınları ilə xidmət göstəriləcək.