EN

Azərbaycanın neft ixracı Aİ sanksiyalarının qurbanı ola bilər?

GlobalInfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

Avropa İttifaqında Rusiyaya qarşı nəzərdə tutulan 20-ci sanksiya paketi ilə bağlı ciddi fikir ayrılığı Azərbaycan üçün strateji risk yaradır.

Globalinfo.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Agentliyin bildirdiyinə görə, əsas mübahisə mövzusu xarici limanlar və banklara qarşı məhdudiyyətlərdir. Brüsseldə hesab edirlər ki, həmin obyektlər Moskvaya nefti sanksiyalardan yan keçərək satmağa kömək edir.

Sanksiyaların təsiri altına Gürcüstan və İndoneziyadakı strateji limanlar da düşə bilər. İtaliya və Macarıstan Gürcüstan limanına qarşı çıxır. Bu limanlardan Azərbaycan nefti də daşınır və müzakirələr nəticəsində marşrut risk altında qala bilər.

Yunanıstan və Malta isə İndoneziya limanı ilə bağlı ehtiyatlı mövqe saxlayır.

Məlumata görə, 20-ci sanksiya paketinin təsdiqi üçün Aİ-yə üzv bütün ölkələrin yekdil razılığı tələb olunur. Daxili ziddiyyətlər sənədin ya yumşaldılmasına, ya da qəbul prosesinin uzanmasına səbəb ola bilər.

Qərarın ayın sonunadək qəbul ediləcəyi gözlənilir və ekspertlər bildirir ki, Azərbaycan neftinin Avropa marşrutları bu müzakirələrdən birbaşa təsirlənə bilər.

Aysel Əliyeva

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
71
globalinfo.az

1Sources