Regional Futbol Federasiyaları İctimai Birliyinin ofisində qurumun növbəti – beşinci hesabat-seçki konfransı keçirilib.
İdmanxeber.az saytının məlumatına görə, konfransda səsvermə hüququna malik 8 regional futbol federasiyalarının prezidentləri iştirak edib.
Keçirilən səsvermədən sonra İsgəndər Cavadov qarşıdakı 4 il müddətinə Regional Futbol Federasiyaları İctimai Birliyinin prezidenti seçilib. (Futbolxeber.az)