EN

İntihara CƏHD: Qatarın altına atılan qız ayağını İTİRDİ – FOTO/VİDEO

Başqırdıstanda sevgilisindən ayrılan qız özünü qatarın altına atıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Başqırdıstanda gənc qız sevgilisindən ayrıldığı üçün həyatına son qoymaq qərarına gəlib.

O, intihar məqsədilə hərəkətdə olan qatarın altına atılsa da, möcüzə nəticəsində sağ qalıb.

Hadisə nəticəsində gənc qız ağır bədən xəsarətləri alıb. Məlumata görə, o, kəllə-beyin və qarın nahiyəsindən ciddi zədələr alıb, həmçinin bir ayağını itirib.

Hadisədən şoka düşən şahidlər dərhal təcili tibbi yardım çağırıblar.

Yaralı qız xəstəxanaya çatdırılıb, hazırda həkimlər onun həyatı üçün mübarizə aparırlar.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
63
interpress.az

1Sources