EN

Bakıda torpaq sürüşməsi baş verdi

Bakının Səbail rayonu, Badamdar şosesi adlanan ərazidə torpaq qatı yenidən sürüşüb.

Publika.az "Xəzər" TV-yə istinadən xatırladır ki, buradakı yolda əvvəllər iki dəfə sürüşmə baş verib.

Sakinlər deyirlər ki, ərazidə yaşayış zonasının olması təhlükəni artırır.

Avtomobillə ərazidən mütəmadi keçən şəxslər bildirirlər ki, əvvəlki illərdəki böyük sürüşmə zamanı yol bağlanmışdı. Yenidən belə hadisənin baş verməməsi üçün işlər görülməlidir.

Məsələ ilə bağlı Səbail Rayon İcra Hakimiyyətindən məsələ ilə bağlı açıqlama verilməyib.

Chosen
48
14
publika.az

10Sources