EN

Vens: Prezidentin masasında İranla bağlı bütün variantlar var

Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Vaşinqton, 18 fevral, AZƏRTAC

ABŞ-nin əsas marağı budur ki, İran nüvə silahı əldə etməsin.

AZƏRTAC-ın məlumatına görə, bu sözləri ABŞ-nin Vitse-prezidenti Cey. Di. Vens “Fox News”a müsahibəsində deyib. O bildirib ki, əgər İran nüvə silahı əldə edərsə, onlardan sonra başqaları da nüvə silahı əldə edəcək və bu, Amerika xalqı üçün fəlakət olardı.

“İndi Prezidentin dediyi kimi, bunu söhbət və diplomatik danışıqlar yolu ilə həll etməyi çox istərdik. Amma Prezidentin masasında bütün variantlar var”,-deyə Vens əlavə edib.

O, Cenevrədə danışıqlarının yaxşı keçdiyini deyərək, tərəflərin növbəti görüşə razılıq verdiyini bildirib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
74
6
azertag.az

7Sources