EN

“Qarabağ” Bakıya gələn ingilislərə 2000 yer ayırdı

Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”ın qonağı olacaq "Nyukasl” Bakıda dəstəksiz qalmayacaq.

Artıq oyuna bir neçə gün qalmışdan paytaxt küçələrində xeyli sayda ingilis fanat gözə dəyir.

Sportinfo.az xəbər verir ki, matçı 1800-dən artıq “Nyukasl” azarkeşinin canlı izləyəcəyi gözlənilir.

"Qarabağ" Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma üçün İngiltərə təmsilçisinin azarkeşlərinə 1998 yer ayırıb.

Matç fevralın 18-də, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Qarşılaşma saat 21:45-də başlanacaq.

Chosen
86
49
sportinfo.az

10Sources