Bakı. Trend:
İspaniyanın hüquq-mühafizə orqanları Fransa gömrükçülərinindəstəyi ilə mütəşəkkil cinayət qruplaşmasını zərərsizləşdirərəkAvropada “ən böyük saxta ətir fabriki”ni aşkarlayıb və onunfəaliyyətini dayandırıb.
Trend xəbər verirki, bu barədə Reuters məlumat yayıb.
Bildirilib ki, İspaniya və Fransa gömrük orqanlarının birgəəməliyyatı nəticəsində ümumi dəyəri 94 milyon avrodan çox olanməhsul müsadirə edilib.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, cinayətkartəşkilata üzvlük, qaçaqmalçılıq və patent hüquqlarının pozulmasındaşübhəli bilinən yeddi nəfər saxlanılıb. Eyni zamanda, ümumilikdə1,2 milyon flakon saxta ətirin saxlanıldığı iki anbar da müsadirəolunub.