EN

İran Almaniyaya nota verdi

Almaniyanın Tehrandakı səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb.

Publika.az xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb.

Bildirilib ki, İran bəzi Almaniya rəsmilərinin İran əleyhinə açıqlamalarından sonra Almaniyanın Tehrandakı səfiri Aksel Dittmannı nazirliyə çağırıb.

Ona İran əleyhinə açıqlamalar və Almaniyadakı İran əleyhinə təşəbbüslərlə bağlı rəsmi etirazı barədə məlumat verilib.

Chosen
88
publika.az

1Sources