EN

Bakıda C6: Vahid region, ortaq gələcək Strateji dialoqun gücləndirilməsi mövzusunda beynəlxalq konfrans keçirilir

ain.az, Oxu.az portalına istinadən məlumat yayır.

Bakıda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə "C6: Vahid region, ortaq gələcək - Strateji dialoqun gücləndirilməsi" mövzusunda beynəlxalq konfrans keçirilir.

Oxu.Az xəbər verir ki, konfrans çərçivəsində "Dialoqdan dayanıqlı mexanizmlərə: C6 əməkdaşlığının gələcəyi", "Əlaqəlilik və inkişaf: C6 əməkdaşlığının iqtisadi ölçüsü və dayanıqlı inkişaf", "Qlobal qeyri-sabitlik şəraitində C6 regional təhlükəsizliyi" mövzularında müzakirələrin keçirilməsi nəzərdə tutulub.

Tədbirdə C6-ya üzv ölkələrin (Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan və ABŞ) aparıcı beyin mərkəzlərindən təmsilçilər iştirak edirlər.

Məlik Məlikov

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
115
11
oxu.az

10Sources